Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uollas arasında telefon danışığı baş tutub.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, danışıq zamanı nazirlər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, eləcə də müdafiə sənayesində əməkdaşlıq məsələsinə dair fikir mübadiləsi aparıblar.

