Hindistanın şimal-şərqindəki Manipur ştatında torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər dünən gecə əyalətin Noney rayonunda Tupul dəmir yolu inşaatı sahəsində baş verən sürüşmə nəticəsində 50-dən çox adamın hələ də itkin düşdüyü barədə məlumat paylaşıb.
Bölgə sakinlərinə mümkün təhlükələrə qarşı tədbir görmələri barədə xəbərdarlıq edilib.


