PAŞA Sığorta müştərilərinin qarşılaşdığı gözlənilməz hadisələr nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasını davam etdirir. Sentyabr ayı ərzində KASKO sığortası üzrə bir neçə yüksək məbləğli ödəniş həyata keçirilib.
Hadisələrdən birində güclü yağış nəticəsində yaranmış su gölməçəsindən keçərkən avtomobilin mühərrik hissəsi zədələnib. Həmin avtomobilin təmirinə 61.213 ₼ (sığorta məbləği) ödənilib.
Digər yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobil tam yararsız vəziyyətə düşmüş və tam itki qeydə alınıb. Bu hadisə üzrə müştəriyə 54.900 ₼ (sığorta məbləği) ödəniş edilib.
Üçüncü hadisədə isə yol-nəqliyyat qəzası nəticəsində avtomobilə zərər dəyib. Nəqliyyat vasitəsi təmir olunduqdan sonra sahibinə təhvil verilib və təmir xərcləri üçün 32.474 ₼ (sığorta məbləği) ödənilib.
TREND
- “ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”
- Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
- “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN
- Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir – AMB
- Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib
- Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
- “PAŞA Sığorta” üç KASKO hadisəsinə görə 150.000 manata yaxın zərəri ödəyib
- 8 Noyabr prospektindədə böyük tıxac – SƏBƏB


