Azərbaycanlı hərbçilər Türkiyədə təşkil edilmiş terrorçulara qarşı mübarizə təlimlərində iştirak ediblər.
BAKU.NEWS-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində yazılıb.
Məlumatda bildirilir:: “Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza “Terrorçuyla mübarizə və hava hücumu hərəkatı” üzrə təlimlər keçilib”.







