Gürcüstan parlamenti 89 səslə İrakli Qaribaşvilinin rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiq edib.
BAKU.NEWS “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir – regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.
Nazirlər Kabinetinin yeni tərkibi aşağıdakı kimidir:
Regional İnkişaf və İnfrastruktur naziri – İrakli Karseladze
Ədliyyə naziri – Qoça Lortkipanidze
Daxili işlər naziri – Vaxtanq Qomelauri
İqtisadiyyat və Davamlı İnkişaf naziri – Natiya Turnava
Müdafiə naziri -Cuanşer Burçuladze
Xarici İşlər Naziri – David Zalkaliani
Maliyyə naziri – İvane Maçavariani
Təhsil, Elm, Mədəniyyət Naziri – Mixail Çxenkeli
Məcburi köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri – Yekaterina Tikaradze
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – Levan Davitaşvili
Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Teya Axvlediani
Xatırladaq ki, Gürcüstanın Baş nazir postu Georgi Qaxariyanın istefasından sonra İrakli Qaribaşviliyə keçib. Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə Baş nazir olub.


