Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.
Müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.
Hoteldə müxtəlif kateqoriyalara aid 152 hotel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.
“ART Riverfront Hotel Tbilisi” “PASHA Real Estate Group”un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.
TREND
- Elektron satınalmaların dəyəri 2,7 milyard manat olub
- Banklar kreditlərdən nə qədər faiz gəliri əldə edib?
- “Azərkosmos”un telekommunikasiya xidmətləri ixracı 48,5% artıb
- “AzərGold” QSC ixracdan 217 milyon dollar qazanıb
- Apple yenidən dünyanın ən bahalı şirkəti olub
- Gürcüstanda “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş hotelin açılışı oldu
- “Azərbaycan Sənaye Sığorta”nın investisiya portfeli 2,8 milyon manat azalıb
- İlham Əliyev futbol üzrə final matçını izləyib


