2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən 19,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edilib.
2025-ci ilin eyni dövründə bu göstərici 13,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, telekommunikasiya xidmətləri ixracının dəyəri illik müqayisədə 6,4 milyon ABŞ dolları və ya 48,5% artıb.
Hesabat dövründə “Azərkosmos” dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərib. Ötən ilin eyni dövründə isə xidmət ixracı 41 ölkəni əhatə edib.
2026-cı ilin ilk doqquz ayında ixracdan əldə olunan gəlirlər agentliyin ümumi gəlirlərinin 61%-ni təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 66% olub.
TREND
- Elektron satınalmaların dəyəri 2,7 milyard manat olub
- Banklar kreditlərdən nə qədər faiz gəliri əldə edib?
- “Azərkosmos”un telekommunikasiya xidmətləri ixracı 48,5% artıb
- “AzərGold” QSC ixracdan 217 milyon dollar qazanıb
- Apple yenidən dünyanın ən bahalı şirkəti olub
- Gürcüstanda “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş hotelin açılışı oldu
- “Azərbaycan Sənaye Sığorta”nın investisiya portfeli 2,8 milyon manat azalıb
- İlham Əliyev futbol üzrə final matçını izləyib


