Goranboy sakini minaya düşüb.
BAKU.NEWS APA-ya istinadla bildirir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. V. Məmmədov xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.
Məlumata görə, Vüqar Məmmədov kəndin kənarında yerləşən şəxsi təsərrüfatında qoyun otararkən minaya düşüb.


