Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.
BAKU.NEWS-a daxil olan məlumata görə, DGK əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manatı Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!


