“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı sənədli film hazırlayıb.
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən BAKU.NEWS-a verilən məlumata görə, “Generalın planı” sənədli filmində Ulu Öndərin milli təhlükəsizliyimizi necə təmin etməsindən bəhs olunub.
DTX-nin sifarişi əsasında Azərbaycan Televiziyasının hazırladığı “Generalın planı” sənədli filmi ilə tamaşaçılar Heydər Əliyevin həyat yoluna bir daha nəzər salmaq, Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Filmin ssenari müəllifi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev, quruluşçu rejissoru isə Elnur Məmmədovdur.
Həmin filmi təqdim edirik:



