Finlərin yarıdan çoxu Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasının tərəfdarıdır.
Bu barədə YLE məlumat yayıb. Sorğuda iştirak edənlərin 58%-i Finlandiyanın ruslara viza verilməsi ilə bağlı suala mənfi cavab verib. Eyni zamanda respondentlərin 24%-i bu fikrin əleyhinə, qalan 18%-i isə qərarsız olduğunu bildirib.
Səs verənlərin əksəriyyəti 50-64 yaş arası yüksək gəlirli şəxslərdir. Eyni zamanda, sorğu avqustun əvvəlində minə yaxın fin arasında aparılıb.


