Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uzadıldığını açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Hər iki tərəflə ( Rusiya və Ukrayna – red. ) apardığımız danışıqlar nəticəsində martın 19-da başa çatacaq müqavilənin müddətini uzaddıq”, – Türkiyə prezidenti bildirib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara “taxıl müqaviləsi”nin uzadılması istiqamətində səylərini davam etdirir.
Taxıl müqaviləsi martın 19-da başa çatacaq. Moskva sazişin müddətini 60 gün uzadıb. Bundan əvvəl müqavilənin müddəti 120 gün də uzadılmışdı.


