Elektron satınalmalar dövlət satınalmalarında səmərəliliyi və şəffaflığı təmin edir, inzibati və əməliyyat xərclərini azaldır. 2023-cü ilin yanvar-iyul aylarında elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1 faizini təşkil edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18,9 faiz, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb. Cari il ərzində “Etender.gov.az” portalı vasitəsilə ümumilikdə 3270 elektron satınalma həyata keçirilib.


