Əfqanıstanda 6,0 bal gücündə zəlzələ olub.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, zəlzələ Alma-Atı şəhərindən 823 kilometr cənub-qərbdə – Əfqanıstan ərazisində qeydə alınıb. Təkanlar 2-3 bal gücündə Çimkənd şəhərində də hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.


