TƏBİB-in təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) işgüzar proqramı çərçivəsində panel müzakirələri təşkil edilib.
BAKU.NEWS xəbər verir ki, “Cərrahiyyədə yeniliklər” adlı panel sessiyası tibb elmləri doktoru, professor Qurbanxan Müslümovun moderatorluğu ilə aparılıb. Tibb elmləri doktoru, ümumi cərrah Elmir Bəşirovun, ümumi cərrah Nazim Həsənovun da yer aldığı panel sessiyasında Almaniyada fəaliyyət göstərən təbib Vüqar Yaqublu “Ağciyər düyünlərinin müayinə və müalicəsində multidisiplinar yanaşma”, Amerika Birləşmiş Ştatlarında çalışan təbib Yusif Hacıyev “Qulaq, burun, boğaz xəstəliklərində müasir yanaşma”, Almaniyada fəaliyyət göstərən təbib Gülşən Əhmədli “Ağır dərəcəli yanıqlarda rekonstruktiv cərrahiyyə” mövzularında təqdimatlarla çıxış ediblər.
Ü.Abdullayeva














