Çinin nəhəng gəmiqayırma şirkəti “Hudong-Zhonghua Shipbuilding” mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin istehsal gücünü iki dəfə artırmaq niyyətindədir.
BAKU.NEWS xəbər verir ki, şirkət Şanxay yaxınlığında “Changxing” gəmiqayırma bazasının genişləndirilməsi üzərində işləyir. Nəzərdə tutulan tədbirlər başa çatdıqdan sonra müəssisənin istehsal gücü ildə 5-6 qazdaşıyıcıdan 10-12-yə qədər artacaq.
Digər Çin gəmi istehsalçıları da LNG daşıyıcıları inşa etməyə hazırlaşırlar. “Dalian Shipbuilding” və “Jiangnan Shipbuilding” gəmiqayırma zavodları artıq LNG tankerləri üçün sifarişlər qəbul etməyə başlayıblar.


