Ötən sutka ərzində ümumi təhsil müəssisələrində “COVID-19”a yoluxma ilə bağlı məlumat açıqlanıb.
Təhsil Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, 2 fevral 2021-ci il tarixinə olan statistikaya əsasən, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 10 nəfər olub.
Eyni zamanda, virusa yoluxan şagirdlərin sayı 2, işi heyətin sayı isə 7 nəfərdir.
Əyani dərslərdə ümumilikdə 285,564 nəfər iştirak edib.


