“Çelsi”nin futbolçusu Kay Haverts heyvanlara xüsusi marağından bəhs edib.
BAKU.NEWS xəbər verir ki, Almaniyalı futbolçu eşşəkləri çox sevdiyini və hətta bəzi komanda yoldaşlarının ona “eşşək” deyə müraciət etdiyini söyləyib:
“Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər. Ancaq bu, oyunuma görə deyil. Bu heyvanlarla xüsusi münasibətimin olduğunu hiss edirəm. Çox sakitdirlər. Bəlkə, mən də sakit biri olduğum üçün özümü onlara bənzədirəm. Çox şey etmədən, öz həyatlarını yaşamaq istəyirlər”.
Mənbə: “The Guardian”


