Caspian Capital Group şirkətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
Səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, gələcək layihələr baradə geniş müzakirə aparmaqdır.
Keçirilən görüşlərdə “Caspian Capital Group” şirkətinin təsisçisi cənab Elxan Paşayev, “ELTA Development” şirkətinin direktoru cənab Əsədulla Cəlilov, şirkətin texniki şöbəsinin müdiri cənab Qazi Məmmədov və digər rəsmi şəxslər iştirak etmişdir.
İkitərəfli görüşdə çıxış edən cənab E.Paşayev bildirib ki, təmsil etdiyi şirkət inşaat, layihələndirmə, mühəndislik, təchizat, informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkət fəaliyyətə başladığı gündən etibarən ixtisaslaşmış şirkətləri, müasir və innovativ yanaşması və peşəkar komandası ilə sifarişcilərinin etibarını qazanmışdır.
Keçirilən ikitərəfli görüşlərdə tərəflər gələcəkdə ticarət əlaqələrinin möhkəmləndirilməsində qarşılıqlı strateji addımlar barədə fikir mübadiləsi aparıblar.





