“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulub.
Belə ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada “ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcəkdir.
Qərarın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə təmin ediləcəkdir.
TREND
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR
- Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi


