Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 24A ünvanında “By Muxtar” Music Hall şəhər sakinlərinin və paytaxtımızın qonaqlarının xidmətinə verilib.
Məkan keyfiyyətli xidmət, zəngin mətbəx, canlı musiqi proqramları və xoş atmosferi ilə seçilərək qısa vaxtda çoxsaylı qonaqların sevimli məkanlarından birinə çevrilib.
“By Muxtar” Music Hall 24 saat fəaliyyət göstərir. Hər gün canlı musiqi proqramı, ləziz milli və Avropa mətbəxi, rahat istirahət mühiti ilə qonaqların xidmətindədir.
Bildirilib ki, məkanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muxtarov Elşad Hümmət oğlu məkanın adını öz soyadı ilə əlaqələndirərək “By Muxtar” təxəllüsünü seçib.
Elşad Muxtarov 44 günlük İkinci Qarabağ müharibəsində fəal iştirak edib və müharibə veteranıdır. “Muxtar” adı isə ona məhz müharibə dövründə ətrafındakı insanlar tərəfindən müraciət forması kimi verilib və sonradan bu ad onun tanındığı təxəllüsə çevrilib.
Hazırda o, sahibkarlıq fəaliyyətini də “By Muxtar” adı altında davam etdirir.
Qeyd edək ki, fəaliyyət göstərən “By Muxtar” Music Hall restoranında Vətən müharibəsi iştirakçılarına, qazilərə, veteranlara və hərbi qulluqçulara xüsusi endirimlər tətbiq olunur.
Bu yanaşma həm şəhid və qazi ailələrinə, həm də Vətən qarşısında xidmət göstərən şəxslərə hörmət və diqqətin ifadəsi kimi təqdim olunur.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 24A.
BY Muxtar Music Hall — 3 ildir sizinlə, hər zaman xidmətinizdə.



