Ermənistanın hücumları qarşısında Azərbaycan xalqına birlik, bərabərlik və həmrəylik mesajını çatdırmaq üçün Türkiyənin Bursa şəhərinin əsas simvolu olan Tophane Saat qülləsi ölkəmizin bayrağının rənglərinə (mavi, qırmızı və yaşıl) boyanıb.
BAKU.NEWS-a bu barədə Bursa Böyükşəhər Bələdiyyəsindən bildirilib.
Qeyd edilib ki, aksiya Bursa Böyükşəhər Bələdiyyə sədri Alinur Aktaşın təşəbbüsü ilə keçirilib.




