“Ailə və Ev təhsili fakültələrində təhsil alan tələbələrin iş tapması ilə bağlı müəyyən problemlər var. Lakin əminəm ki, inkluziv təhsilin inkişafı ilə bu şəxslərin əmək bazarında özünə iş tapması ilə bağlı problemlər ortadan qalxmış olacaq”.
BAKU.NEWS xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda bildirib.
O qeyd edib ki,oxşar problemlər digər ixtisaslarla da bağlı yaranır: “Bu problemi aradan qaldırmaq üçün əmək bazarında tələbat olan fakültələrə yer ayrılmalıdır. Hesab edirəm ki, zaman-zaman bazar mübasibətləri tənzimləndikcə, bu məsələlər də öz həllini tapacaq”.


