“BP-Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
“Şahdəniz” yatağında yeni kompressor platformasının inşası ilə bağlı Azərbaycan Ekologiya Nazirliyi tərəfindən Ətraf Mühitə Təsir Hesabatı təsdiq edilib. Biz hazırda yekun investisiya qərarına hazırlaşırıq. Bundan sonra inşa işlərinə başlanılacaq”, – o vurğulayıb.


