Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu minaya düşüb.
BAKU.NEWS Report-a istiandla bildirir kiç hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev minaya düşüb. Hadisə zamanı o, ağır xəsarət alıb və hərbi hospitala təxliyə olunub. K.Duniyevin ayağı amputasiya edilib. Bundan başqa 4 hərbçi də Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayevdir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


