Göygöldə yük və minik avtomobilləri toqquşub.
BAKU.NEWS-un xəbərinə görə, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilində olan bir ailənin 4 üzvü, 35 yaşlı Cavid Tağıyev, onun həyat yoldaşı 27 yaşlı Leyla Əsədli və onların övladları – 6 yaşlı Fatimə, 4 yaşlı Zeynəb xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Valideynlərin vəziyyəti orta ağır, uşaqların isə normal qiymətləndirilir.


