Qazaxıstanın paytaxtı Astana şəhərində “Xəstəxanayaqədərki və hospital mərhələlərində ürək-ağciyər reanimasiyasına müasir yanaşmalar” adlı beynəlxalq konfrans baş tutub.
Tədbirdə Azərbaycan Respublikasını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov təmsil edib. O, konfrans çərçivəsində “Kardiogen şoklu pasiyentlərin xəstəxanayaqədər mərhələdə erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda çıxış edib və təcili tibbi yardım sahəsində innovativ yanaşmalar barədə təcrübəsini bölüşüb.
Konfrans zamanı ağır və kritik vəziyyətdə olan pasiyentlərin erkən diaqnostikası və idarə olunmasında innovativ yanaşmaların inkişafına verdiyi töhfələrə görə Mirələm Calalov Qazaxıstan Respublikası Təcili Tibbi Yardım Assosiasiyası tərəfindən “Üzdik qızmetker” (əlaçı işçi / üstün xidmət) nişanı ilə (vəsiqə № 608) təltif olunub.
Qeyd edək ki, tədbir müxtəlif ölkələrdən aparıcı mütəxəssisləri bir araya gətirərək ürək-ağciyər reanimasiyası sahəsində ən son yeniliklərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Mirələm Calalov tərəfindən “Xəstəxanayaqədərki mərhələdə kardiogen şoklu xəstələrin erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda elmi məqalə beynəlxalq nəşrdə dərc olunub.
Tədqiqatda kardiogen şok kimi həyati təhlükəli vəziyyətlərdə xəstəxanayaqədərki mərhələdə tele-tibbi dəstəyin rolu, erkən müdaxilənin effektivliyi geniş şəkildə təhlil edilib. Məqalə təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması və innovativ texnologiyaların tətbiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.
https://disk.yandex.kz/d/PIQ5VpID-Ga5hQ
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


