Rusiyada Omikronun gücləndirdiyi 5-ci dalğa bir qədər uzun, 4 ay davam edəcək.
BAKU.NEWS xəbər verir ki, bunu virusoloq Sergey Netesov deyib. “Gərək bir qədər pis ssenariyə hazır olaq.
Ölkədə əhalinin kollektiv immuniteti çox aşağıdır- 65%. Ona görə yoluxma uzun çəkəcək”. Digər virusoloq Petr Çumakov isə hesab edir ki, fevralın 15-dən sonra Omikron dalğası enməyə doğru gedəcək. “Bu dalğa çox iti, kəskindir. Birdən sürətlə qalxır, birdən də tez enir”.


