Bərdədə avtomobil traktorla toqquşub, nəticədə 20 yaşlı qız ölüb.
BAKU.NEWS xəbər verir ki, hadisə oktyabrın 25-də saat 20:05 radələrində rayonun Qarayusifli kəndi ərazisində 1964-cü il təvəllüdlü sürücü Eldar Əvəz oğlu İmanov idarə etdiyi avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Rəqsanə Eldar qızı Kərimova hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.


