Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması – yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davam edib. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində Bələdiyyələrin Milli Assosiasiyalarının da iştirakı ilə yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində problemlərin aradan qaldırılması məqsədilə görülən işlər həmin müsbət dinamikanın qorunmasına təsirini göstərir.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3, 3 milyon manata (5.2 faiz) yaxın artaraq 65,6 milyon manatı keçib. 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7,2 milyon manat (26.5 faiz) çox olub. Ümumi yerli büdcə gəlirlərinin 35,3 faizini təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16,4 faiz artaraq 23 milyon manatı ötüb.
Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 7,5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


