ABŞ prezidenti Co Bayden, rusiyalı həmkarı Vladimir Putinlə görüşünə neqativ yanaşdığına görə Amerika mətbuatını tənqid edib. BAKU.NEWS bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Yanaşmanız neqativdir”, Bayden ABŞ-a yola düşməzdən əvvəl Cenevrə hava limanında jurnalistlərə deyib.
“Reportaj hazırlamaq üçün neqativə köklənməlisiniz… Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, neqativ düşüncələrin səsləndirilməsini istədiyinizi bilirəm”, o deyib.


