“Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının iyulun 3-də keçirilmiş növbəti ümumi yığıncağında Bankın nizamnamə kapitalını 3,3 dəfə azaldılaraq 315 milyon 815 min manatdan 94 milyon 744,5 min manata endirilməsi barədə qərar qəbul edilib.
Məlumata görə, bu qərar “Bank VTB Azərbaycan”ın kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi üçün qanunvericiliyinin müvafiq tələblərinə əsaslanır. Bankın mövcud nizamnamə kapitalının müəyyən edilmiş normadan dəfələrlə artıq olması bu növ qərarın qəbul olunmasını mümkün edib.
Bununla əlaqədar olaraq 2020-ci ilədək formalaşmış və artıq ödənilmiş zərərin formal uyğunlaşdırılmasına dair qərar verilib. Sözügedən dəyişiklik bankın cari fəaliyyəti, maliyyə dayanıqlığı, müştərilər qarşısında öhdəlikləri, eləcə də təqdim etdiyi məhsul və xidmətlərə heç bir təsir göstərmir. Bankın normativ göstəriciləri müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə tam uyğundur.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


