Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.
BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
14:57
Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.
Oxu.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.
Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub.
14:45
Bakıda silahlı insident olub.
Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İnsident zamanı silahlı şəxs(lər)in iki nəfəri güllələdiyi iddia edilir.
DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Araşdırma aparılır.


