Bakının Səbail Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içkinin istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar.
BAKU.NEWS xəbər verir ki, bununla bağlı Oxu.Az-a rayon polis idarəsindən məlumat verilib.
Aparılan istintaq-axtarış tədbirləri nəticəsində “Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi “Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb.
Hazırda araşdırma aparılır. Sahə müstəntiqləri saxta məhsul istehsalının yerini müəyyənləşdirməyə çalışırlar.


