Azərbaycan ərazi bütövlüyü uğrunda aparılan müharibəyə dəstək məqsədi ilə “Azərişıq” ASC-nin rəhbər heyəti bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
BAKU.NEWS-un xəbərinə görə, qurumun yaydığı məlumatda qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.


