“Azərekspresspoçt” Beynəlxalq EMS Kooperativi tərəfindən 2 qızıl mükafata layiq görülüb.
Hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativi dünyanın bütün ölkələrinin EMS operatorlarının il ərzində göstərdiyi poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırır, qiymətləndirir və yekun nəticələrə əsasən təsis etdiyi mükafatları (“Performans” mükafatı və “Müştəriyə qayğı” mükafatı) operatorlara təqdim edir.
Qürurla qeyd edirik ki, EMS Azərbaycan 2022-ci ildəki fəaliyyətinə görə hər iki kateqoriyanın qızıl mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “Performans” mükafatı üzrə qızıl mükafatın qazanılması üçün qarşıya qoyulan 9 tələbdən minimum 5-nə EMS operatoru cavab verməlidir. EMS isə 7 tələbə cavab verərək, qızıl mükafata layiqliyini sübut edib.


