Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.NEWS Oxu.Az -a istinadən xəbər verir ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmyerlisi, 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, N.Qürbətov Ağcabədi Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır.
Onun atası Nadir Qürbətov 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının sədridir.


