Sosial media istifadəçiləri “Instagram” və “TikTok” platformalarına daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.
Səhər saatlarından etibarən sosial şəbəkələrdə yaranan problemlərlə bağlı paylaşımlar edilib. Bildirilir ki, bəzi istifadəçilər platformalara daxil ola bilmir, mesaj göndərməkdə çətinlik çəkir və ana səhifəni yeniləyə bilmirlər.
Bu barədə Musavat.com saytı məlumat yayıb.
Problemin səbəbi və texniki nasazlığın miqyası ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, problemin bütün istifadəçilərə təsir edib-etmədiyi dəqiqləşdirilməyib.


