Stadionun işıqlandırılması generator vasitəsi ilə təmin olunub.
10 dəqiqəlik fasilədən sonra qarşılaşma yenidən bərpa olunub.
*Saat 18:37
Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” matçı zamanı stadionun işıqları sönüb.
BAKU.NEWS xəbər verir ki, bu, matçın 26-cı dəqiqəsində baş verib.
Bu səbəbdən qarşılaşmanın baş hakimi Rəşad Əhmədov oyunu dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Bakcell Arena”da keçirilən qarşılaşma “CBC Sport” tərəfindən canlı yayımlanır. 



