Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.
Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


