Aparılan təhlillər deməyə imkan verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Həmçinin Türkiyə-Azərbaycan dostluğunun dünya üçün nümunə olduğu bir daha təsdiqini tapdı.
BAKU.NEWS xəbər verir ki, bunu YAP Nəsimi tayon təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.
Onun sözlərinə görə, iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqlar arasında da çox yüksək səviyyədə inkişaf edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki səviyyədə olmayıb. Bakı və Ankara qarşıya qoyulan məqsədlərə sürətlə yaxınlaşır, qlobal güc mərkəzinə çevrilirlər. Bu cür parlaq və uğurlu nəricələr iki siyasi liderin uzaqgörənliyinin sayəsində mümkün olub. Onu da bildirək ki, qlobal güc mərkəzinə çevrilən türk dünyasının böyüməsindən narahat olan qüvvələr qardaş ölkələr arasında münasibətlərə xələl gətirmək üçün var gücləriylə çalışırlar. Azərbaycan – Türkiyə münasibətləri siyasi, iqtisadi, diplomatik sahələrdə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səviyyəsində çox böyük yol qət edib. Bizim münasibətlərimizin dünyada analoqu yoxdur. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi bu gün artıq 6 milyarda çatmaq üzrədir ki, onu da yaxın vaxtlarda daha böyük səviyyələrə çatdırmağa hər iki ölkənin niyyəti, imkanları var. Dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın təmsil olunmadığı kürsülərdə Türkiyənin, Türkiyənin təmsil olunmadığı kürsülərdə isə Azəbaycanın təmsilçiləri öz qardaşının mövqeyini müdafiə ediblər. Bütün bunlar iki ölkənin münasibətlərindəki təmənnasız dostluğun göstəriciləridir.
C.Quliyev


