Azərbaycan millisinin Latviya ilə yoldaşlıq oyununun əmsalları açıqlanıb.
BAKU.NEWS xəbər verir ki, bukmeker kontorları Canni de Byazinin yetirmələrini qarşılaşmanın favoriti sayır.
Millimizin qələbəsinin əmsalı 2,28-lə dəyərləndirilir. Rəqib komandanın qalib gəlməsi 3,24-lə qiymətləndirilir. Heç-heçə əmsalı 3,14-ə bərabərdir.
Qeyd edək ki, Ta Qalidəki Milli stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


