İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumun Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov Qarabağla bağlı uzun illərdi aparılan danışıqlarla bağlı öz fikirlərini bildirirb.
BAKU.NEWS mövzu ilə bağlı ElçinƏsgərovun fikirlərini təqdim edir:
Qarabağla bağlı həm artıq bağlanmış anlaşma, həm də bundan sonra sülh müqaviləsi üçün aparılacaq danışıqlarda dövlətə etimad etmək lazımdı.
Əvvəla, gəlinən nəticə budur ki, uzun illərdir Qarabağla bağlı aparılan bütün danışıqlar və informasiya siyasəti düzgün olub, məğlubiyyət və təslimçiliyi yaxına belə qoymayıb.
İkincisi, danışıqlarla bərabər davamlı olaraq ordunun yenidən qurulması, müasir silahlarla silahlandırılması siyasəti aparılıb, hərbi yol həmişə gündəmdə olub (gör orduda korrupsiya faktları olmasaydı indi nə olardı).
Üçüncüsü, Vətən müharibəsinin 44 günü ərzində hökumətin xalqa informasiya verməli olan heç bir orqan nümayəndəsi (MN, XİN, PA, Prezidentin özü) xalqı aldatmadı, yalan məlumat vermədi. Alınan yerlər tam möhkəmlənməmiş elan olunmadı. Düzdü, 2-3 dəfə səhv məlumat oldu, amma bunlar qəsdən aldatmaq niyyətli məlumat deyildi, sadəcə özləri də səhv aldıqları məlumat səsləndirdilər (məs. Arayikin ölümü). Beynəlxalq şərhçilər də Azərbaycan tərəfinin müharibə vaxtı verdiyi bütün məlumatların etimad doğurduğunu etitaf edirlər.
Dördüncüsü, anlaşmaya qədər gedən son 2 həftəni təsvir edən Putinə qulaq asanda belə qənaətə gəlmək olur ki, Rusiya Ermənistana silah və sursatla, texniki vasitə və kəşfiyyat məlumatları ilə kömək etsə də, atəşkəs üçün sadəcə zopasını götürüb gəlməyib, Azərbaycan tərəfi tam razılıq verməyənə qədər anlaşmanı bizim boynumuza qoya bilməyib. Deməli, Azərbaycan bu çətin tərəfdə də dirəniş göstərməyi bacarıb. İnşAllah, bacaracaq da.
Əlbəttə, soruşmaq, müzakirə etmək hər bir kəsin haqqıdı. Amma unutmayın ki, bizim müharibədə qələbəmizin əsas amillərindən biri də cəmiyyətin bütün təbəqələrinin bu müharibə üçün birləşməsi oldu. Müharibə isə, sülh müqaviləsi imzalanmayana qədər bitmiş sayılmaz.


