Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.
Təbrikdə deyilir:
“Sizi tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, səadət, bahar təravətli günlər arzu edirəm.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının hər birinizin ailəsinə bol ruzi-bərəkət və firavanlıq gətirməsini diləyirəm”.
Novruz bayramınız mübarək olsun!


