Deputat Aqil Abbas işğaldan azad edilmiş rayonlarda iş adamlarına vergi güzəşti edilməsini təklif edib.
BAKU.NEWS xəbər verir ki, deputat qeyd edib ki, vaxtilə Türkiyədə də belə bir təcrübə olub: “Prezident Turqut Özal iş adamlarına vergi güzəşti etmişdi. İndi bunların nəticəsidir ki, Türkiyə dünyada turizmi ilə məşhurdur. Qarabağda da bu işlər həyata keçirilməlidir. Güzəştlər olarsa, iş adamları ora investisiya yatıracaqlar”.


