İran Avropadan ölkəyə gələnlər üçün koronavirus testi mənfi çıxsa belə, məcburi iki həftəlik karantin qərarı qəbul edib.
BAKU.NEWS-un xəbərinə görə, bu barədə Koronavirusla Milli Mübarizə Qurumunun sözçüsü Əli Rza Rəisi məlumat verib.
O, alınmış qərarı Avropada və ABŞ-da COVID-19-a yoluxma sayında böyük artımla əlaqələndirib.
Rəisi bildirib ki, İngiltərədə ortaya çıxan yeni mutasiya növü Avropada pandemiyanın şiddətini artırır, bu vəziyyətin İrana təsirinin qarşısını almaq üçün bu qərar verilib.


