Avropa çempionatları tarixində 700-cü qol qeydə alınıb.
BAKU.NEWS-un məlumatına görə, yubiley qoluna Avstriya yığmasının hücumçusu Mixael Qreqoriç Şimali Makedoniya ilə AVRO-2020-nin oyununda imza atıb. O, komandasının ikinci qolunun müəllifi olub.
3:1 hesablı qələbəyə imza atan avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub. Şimali Makedoniya millisindən isə Qoran Pandev fərqlənib.
Avropa çempionatlarının yubiley qolları
1. Milan Qaliç (Yuqoslaviya – Fransa, 1960)
50. Draqan Caiç (Yuqoslaviya – AFR, 1976)
100. Alen Jiress (Fransa – Belçika, 1984)
150. Marko van Basten (Hollandiya – İngiltərə, 1988)
200. Kim Vilfort (Danimarka – Almaniya, 1992)
250. Yan Suxoparek (Çexiya – Rusiya, 1996)
300. Zlatko Zahoviç (Sloveniya – İspaniya, 2000)
350. Giorqos Karaqunis (Yunanıstan – Portuqaliya, 2004)
400. Tyerri Anri (Fransa – İsveçrə, 2004)
450. Dario Srna (Xorvatiya – Almaniya, 2008)
500. Xavi (İspaniya – Rusiya, 2008)
550. Giorqos Karaqunis (Yunanıstan – Rusiya, 2012)
600. Nani (Portuqaliya – İslandiya, 2016)
650. Cerdan Şakiri (İsveçrə – Polşa, 2016)
700. Mixael Qreqoriç (Avstriya – Makedoniya, 2020)


