“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatıb.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva könüllülüyün təbliğinin əhəmiyyətindən danışıblar. Onlar könüllülərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin fərdi və intellektual inkişafına dəstək, eləcə də ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət almasının vacibliyini vurğulayıblar.
Sonra layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub və bu çərçivədə fəal iştirak edən şəxslər mükafatlandırılıblar.
“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi gənclərin hüquq sahəsində bilik və bacarıqlarını artırmaq, onların hüquqi savadlılığının inkişafı, həmçinin qanunvericilik sistemi və hüquqi mexanizmlər barədə məlumatlılığı genişləndirməkdən ibarət olub.
Layihə ölkənin 10 şəhər və regionununda ümumilikdə 600-ə yaxın gənci əhatə edib.
TREND
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur
- “Azərpoçt”un keçmiş sədr müavininə bu qurumda vəzifə verildi


