Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
BAKU.NEWS-un məlumatına görə, sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova General-polkovnik ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Arzu Rəhimov bu vəzifəyə 2012-ci ilin fevralında təyin olunub. General-leytenant rütbəsini isə həmin ilin martında almışdı.


