ARDNF Büdcə və proqnozlaşdırma şöbəsinin iqtisadçısı vəzifəsinə vakansiya elan edib.
Qeyd edilən vakansiya ilə maraqlanan namizədlərdən hr@oilfund.az ünvanına vakansiyanın adını qeyd edərək CV göndərmələri xahiş olunur.
Vəzifə üzrə əmək funksiyaları:
• İqtisadi məlumatların toplanması və yenilənməsi;
• İqtisadi mövzularda riyazi və statistik təhlillərin aparılması;
• İqtisadi modelləşdirmə paketlərində proqnozların hazırlanması və yenilənməsi;
• İqtisadi məsələlər üzrə təkliflərin hazırlanmasında iştirak;
• İqtisadi təhlil üzrə hesabatların hazırlanmasında iştirak;
• Təşkilatın büdcə proqnozlarının hazırlanmasında iştirak;
• Təşkilatın büdcə fəaliyyətinə dair digər işlərin yerinə yetirilməsi.
Daha ətraflı: https://lnkd.in/dYrJdymA


